Misir Süveyş kanalı ərazisində yeni neft yataqları kəşf etdi

14:50 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nazirlikdən verilən yazılı açıqlamada Misirin beynəlxalq enerji şirkəti “Cheiron”un Süveyş körfəzinin şimalında yeni neft yatağı tapdığı bildirilib.

Hafta.az-ın yazdığına görə, açıqlamada çıxarılan neftin yüksək keyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib.

Misirin neft və mineral sərvətlər naziri Tarik əl-Molla fevralın 12-də Misir Beynəlxalq Neft Sərgisi və Konfransındakı çıxışında ölkəsinin neft ixracatının 2022-ci ildə 41 faiz artdığını və 2025-ci ilədək 300 təbii qaz və neft quyusu qazmağı planlaşdırdıqlarını bildirib.