MN: Ermənistan silahlı qüvvələri və qeyri-qanuni yerləşdirilmiş əhali Kəlbəcəri tərk edir, heç bir təxribata yol verilmir

15:47 15.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, heç bir təxribata yol verilmir”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.

Bu barədə videogörüntünü təqdim edən H. Mahmudov deyib ki, Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür: “Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik”.