Yazını böyüt
Yazını kiçilt
Moskvada Rusiyanın müxtəlif bölgələrindən gətirilən ləzzətlərin yer aldığı “Rusiyanın dadları” adlı festival işə başlayıb.
Hafta.az-ın yazdığına görə, iyulun 14-dək paytaxtın məşhur park və fəaliyyət zonası olan VDNH-də davam edəcək festivalda 70 müxtəlif regiondan 330-a yaxın istehsalçının qida məhsulları nümayiş etdiriləcək.
Məhsulları böyük zəncir bazarlarında olmayan yerli brendləri tanıtmaq üçün təşkil edilən festivalda, məsələn, Başqırdıstan və Saxa balı, Uqliç və Altay pendirləri, Kareliya alabalığı, Dağıstan ərik nektarı və Tomsk sidr südünün dadına baxmaq olar.
Kənd Təsərrüfatı Nazirliyi və Moskva Bələdiyyəsinin birgə təşkil etdiyi festivalda Rusiyanın müxtəlif regionlarından yerli yeməklər də satışa çıxarılacaq.