Müdafiə naziri orduya düşmənin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib

15:51 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov orduya əmr verib.

Hafta.az-ın məlumatına görə, Zakir Həsənov Müdafiə Nazirliyində bu gün keçirilən xüsusi xidməti müşavirədə Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.