Müharibədə əsir alınan üç ukraynalı RAMZAN KADIROVA HƏDİYYƏ GÖNDƏRİLİB (VİDEO)

09:30 22.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramazan Kadırovun Ukraynaya müharibəyə göndərdiyi 18 yaşına çatmamış üç oğlu atalarına ukraynalı məhbusu hədiyyə ediblər.

Hafta.az-ın yazdığına görə, Əhməd, Əli və Adəm Kadırovlar Rusiya Müdafiə Nazirliyinin Qərb-Axmat batalyonunun tərkibində keçirilən xüsusi əməliyyatda iştirak edərkən zərərsizləşdirdikləri Ukrayna Silahlı Qüvvələrinin əsir götürdükləri üç əsgəri ataları Ramazan Kadırova təqdim ediblər.

"Biz əsirlərə ənənəvi çeçen yeməyi - gilniş yedizdirdik. Tezliklə onlar normal insanlar kimi yaşamağı öyrənəcəklər", - deyə Ramazan Kadırov övladlarını təbrik edib.

 
Siyasət rubrikasından digər xəbərlər