Müharibənin ilk günündən sonuna qədər işğalçılara qarşı savaşan Azərbaycan əsgəri - Dmitri Sokolov

14:22 22.11.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu fotodakı əsgər milliyyətcə rus və xristian olan Dmitri Sokolovdur. O da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşdiyi günün səhəri digər minlərlə həmvətənlisi kimi hərbi xidmətə, doğma Vətəni olan Azərbaycanın işğal altında qalan torpaqlarının azadlığı uğrunda aparılan Vətən müharibəsinə çağrılıb.

Sokolov ikinci Qarabağ savaşının ilk günlərindən sonuna qədər şərəfli döyüş yolu keçib və sağ qalıb. Şəkildə sağda milliyyətcə rus olan Azərbaycan əsgəri Azərbaycan bayrağı fonunda komandiri ilə birlikdədir.

Hafta.az vestikkavkaza-ya istinadən bildirir ki, bu bir daha xristianlar və müsəlmanların, ruslar və azərbaycanlıların, ləzgilər və talışların, ümumiyyətlə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin öz vətənlərini düşmən işğalından azad etmək üçün çiyin-çiyinə birlikdə savaşdığının göstəricisidir.