Musiqi sənəti istiqaməti üzrə ali məktəblərin magistraturasına qabiliyyət imtahanları keçirilir

12:10 09.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilir.

Hafta.az xəbər verir ki, imtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.

Qabiliyyət imtahanları hazırda DİM-in “Youtube” kanalında canlı yayımlanır.

İmtahanlarda iştirak etmək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanıb və 18:00-dək davam edəcək.

Qeyd edək ki, Musiqi sənətinə aid 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar üçün aşağıdakı imtahanlar təşkil olunur:

İnstrumental ifaçılıq (fortepiano, violin, violonçel, gitara, fleyta, klarnet, truba, tuba, qoboy, zərb alətləri üzrə);

Solooxuma (akademik vokal, milli vokal, xanəndəlik, aşıq sənəti );

Dirijorluq (xor dirijorluğu, xalq çalğı alətləri orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu);

Estrada sənəti (vokal və fortepiano, fleyta, tar alətləri üzrə);

Xalq çalğı alətləri ifaçılığı (tar, kamança , qanun, saz).

Oxunma sayı 89