Müştəriyə hamburger əvəzinə içində 5 min dollar olan paket verdilər

09:30 24.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
ABŞ-dakı McDonalds-dan yemək almaq istəyən müştəri çantanı açanda böyük sürprizlə üzləşib.
 
Hafta.az-ın IndyStar-a istinadən yazdığına görə, İndiana ştatında yaşayan Josiah Varqas çantada sifariş əvəzinə 5 min dollar olduğunu görüb. TikTok-dan həmin anları paylaşan Varqas "Bu nədir, niyə belə etsinlər?" - deyə düşünür. Varqas daha sonra sözünə davam edir: "Bunu mənə niyə etdin? Bu pulu bilirsən nə qədər istəyirəm?".
 
Videoda plastik torbada yüzlərlə dollar əks olunub. Varqas pulun onu şirnikləndirdiyini desə də, dükana gedib çantanı qaytarıb. Pulları görəndə çox sevinən işçilərdən biri "Aman Allahım, buna bax. Mən səni qucaqlamaq istəyirəm" deyib.
 
Varqas TikTok paylaşımında işçilərin onu qucaqlayıb, təşəkkür etdiyini və hətta ağladığını bildirib. Bunun qarşılığında McDonald's-ın filialı Varqası 200 dollar nağd pulla və 1 ay pulsuz hamburgerlə mükafatlandırıb. Filialın sahibi Estefan Avad deyib: "Josiahın hərəkətləri hamımız üçün ilham oldu. Biz banka qoymaq istədiyimiz, amma səhvən ona verilən pulu geri qaytardığı üçün ona sonsuz minnətdarıq".