Muxtar Babayev: İqlim problemlərinin həll edilməsi istiqamətində çox iş görülməlidir

12:42 11.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İqlim problemlərinin həll edilməsi istiqamətində çox iş görülməlidir. COP29 çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər problemin həlli üçündür”.

Bunu COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un açılış mərasimində deyib.

O qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur: “Biz bütün siyasi və maliyyə baxımından yarana biləcək məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq”.