NATO Türkiyəyə yardım üçün imkankarını səfərbər edir

16:20 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans zəlzələdən zərər çəkmiş Türkiyəyə yardım göndərəcək. Bu barədə o, öz Twitter səhifəsində yazıb.

Stoltenberqin sözlərinə görə, yardım təcili göndəriləcək. Güclü zəlzələ ilə bağlı NATO-nun baş katibi Türkiyə ilə “tam həmrəylik” ifadə edib.

“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təmasdayam, NATO müttəfiqləri hazırda dəstəyi səfərbər edir”, - Stoltenberq əlavə edib.

Oxunma sayı 49