Naxçıvanda sıra baxışı keçirilib

23:24 18.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.