Nazir Mirqafar Seyidovun yerinə yeni rəis təyin etdi

17:50 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

 

Hafta.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

 

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub. 

 

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org yazıb.

 

Oxunma sayı 242
Siyasət rubrikasından digər xəbərlər