Nazir generala birinci müavin təyin etdi

14:13 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevə birinci müavin təyin edilib.

Hafta.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Fuad Fərhad oğlu Mehbalıyev Baba Salayevin birinci müavini təyin olunub.

Qeyd edək ki, Fuad Mehbalıyev bundan əvvəl FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. /"Qaynarinfo"/