“Neftçi”dən FIBA Avropa Kubokunda 3-cü qələbə

21:25 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Neftçi” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, I qrupda çıxış edən komandamız IV turda öz meydanında Polşanın “Trefl” komandasını qəbul edib.

Görüşdə “Neftçi” 92:87 hesabı ilə qələbə qazanıb.