Neftin qiyməti artıb

11:34 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,22% artaraq, 1 barelə görə 111,14 dollar təşkil edib.

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,19% artaraq, 108,47 dollar təşkil edib.