Netanyahu Trampa kəşfiyyat məlumatları ötürəcək

09:18 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək.

Hafta.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Netanyahu ABŞ liderinə, həmçinin İranın Nətənz nüvə obyektinin yaxınlığındakı Kolanq-Qaz-La dağı ilə bağlı İsrail kəşfiyyatının əldə etdiyi məlumatları çatdırmağı planlaşdırır. Məlumata görə, İsrail tərəfi İranın nüvə və raket proqramları ilə bağlı əldə olunan digər məlumatları da ABŞ rəhbərliyi ilə bölüşmək niyyətindədir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha əvvəl Trampın İranın yeni nüvə obyekti ilə bağlı açıqlamalarını əsassız adlandırıb və Kolanq-Qaz-La dağı ilə bağlı iddiaları rədd edib.