“İmişli” “Sportinq”in sabiq futbolçusunu transfer edib

16:50 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İmişli” heyətini Kot-d’İvuardan olan yarımmüdafiəçi Yvan Senin ilə gücləndirib.

Klubdan hafta.az-a bildirilib ki, 19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Yvan Senin karyerası ərzində ölkəsinin "Abidjan Siti", Portuqaliyanın "Sportinq" (U-19) və son olaraq Azərbaycanın "Şimal" klublarının formasını geyinib.