Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara daha bir şans vermək üçün ABŞ-nin İrana hücumlarını dayandırmaq qərarına gəldiyini söyləyib.
Hafta.az xəbər verir ki, bu barədə o “Axios”a müsahibəsində deyib.
Lakin o, diplomatiya uğursuz olarsa, genişləndirilmiş hərbi əməliyyatlara qayıdış əmri verə biləcəyini vurğulayıb: "Biz İranla çox dərin danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, biz çox güclü hərbi əməliyyatlara qayıdacağıq".
Diplomatiyaya nə qədər vaxt ayıracağı soruşulduqda, prezident vaxtının çox olmadığını bildirib.