“Qəbələ”nin futbolçusu Slovakiya klubuna keçib

19:00 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.

Klubdan hafta.az-a verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.