"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə oynayıb

19:44 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxıb.

Hafta.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşıb.

1-ci liqa təmsilçisi ilə görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz klubunun qolunu İbrahima Vadji vurub.