İdmançılarımız beynəlxalq turnirdə 9 qızıl medal qazanıblar

21:39 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasının Foşan şəhərində vinq çun üzrə beynəlxalq turnir keçirilib.

Hafta.az bildirir ki, böyüklər arasında çisao (sərbəst döyüş) proqramında Aydın Sayadlı (60 kq), Elvin Həsənov (65 kq) və Fərid Mürsəlov (75 kq) qızıl medal əldə ediblər.

Taolu proqramında Azər Sahibi qızıl, Emil Əliyev gümüş medal qazanıblar.

Yeniyetmələr arasında çisao proqramında Məryəm Mahal (60 kq), Xədicə Həbib (65 kq) və Elmar Nəzərov (80 kq) qızıl, Elnur Kərimov (56 kq) isə gümüş medala sahib olublar. Taolu proqramında Xalid Əliyev qızıl, Nailə Əliyeva isə gümüş medala layiq görülüblər.

Ustadlar kateqoriyasında taolu proqramında çıxış edən Asif Sayadov da turniri birinci pillədə başa vurub.