Lerikdə 9 kiloqram narkotik aşkarlanıb

16:37 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Bu barədə hafta.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.