Netflix-in ən uzun müddət davam edən ssenarisiz proqramlarından olan “Somebody Feed Phil” 8-ci mövsüm üçün təsdiqləndi.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Mumbay, Vaşinqton, Kioto, Dubay, Orlando və Taypey kimi şəhərlərdə çəkilən Emmy mükafatına namizəd olan yemək və səyahət serialının 7-ci mövsümünün premyerası martın 1-də baş tutub.
Netflix, 18 yaşından kiçiklər üçün uyğun olmadığını bildirdiyi sənədli tipli serialın mövzusunu belə xülasə edir: “Corceus Fil Rosenthal dünyanı gəzir və Dubay, Edinburq və Kioto kimi bir çox yerdə müxtəlif mətbəxlərin ləzzətlərini dadır”.
“Everybody Loves Raymond”un yaradıcısı Fil Rozentalın hazırlayıb təqdim etdiyi proqramın ilk sezonu 2018-ci ilin yanvar ayında tamaşaçılarla görüşüb.
“Somebody Feed Phil”in 8-ci sezon epizodlarının buraxılış tarixi hələ müəyyən edilməyib, lakin Netflix serialın mövzu mahnısının 4 oktyabrda bütün platformalarda yayımlanacağını açıqlamışdı. Cazibədar mahnı Amerikanın Lake Street Dive qrupu tərəfindən ifa olunur.
Emmi, eləcə də “Ceyms Beard” və “Tənqidçilərin Seçimi” mükafatlarının laureatı Rosenthal qardaşı Riçlə birlikdə “Somebody Feed Phil” filmini çəkir.
Rosenthal həmçinin 2022-ci ilin oktyabrında “Somebody Feed Phil: The Book” adlı bir kitab nəşr edib.
Nyu York əsilli Rosenthal tərəfindən yaradılan “Everybody Loves Raymond” 1996-2005-ci illərdə CBS-də yayımlanıb.
Rosenthal serialın ssenarisini yazıb və eyni zamanda onun icraçı prodüseri olub. 9 mövsüm davam edən serial bütün zamanların ən yaxşı sitcom və ən gülməli seriallarından biri hesab olunur.
15 dəfə Emmi mükafatına layiq görülən serialda baş rollarda Rey Romano, Patrisiya Hiton, Bred Qarret, Doris Roberts və Piter Boyl çəkilib.