Nigeriya Afrika Millətlər Kubokunda bürünc qazandı

23:14 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Hafta.az xəbər verir ki, həlledici görüşdə Misir və Nigeriya yığmaları qarşılaşıb.

Əsas vaxtda hesab açılmayıb. Penaltilər seriyasında Nigeriya millisi rəqibindən üstün olaraq (4:2) turnirin bürünc medalını qazanıb.

Final görüşü sabah keçiriləcək. Turnirin qalibi uğrunda Mərakeş və Seneqal milliləri görüşəcəklər.