Oğru qadın tutuldu

14:26 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb.

Hafta.az-ın məlumatına əsasn, Nəqliyyatda Baş Polis İdarəsi, Nəsimi RPİ 22-ci PŞ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Əliyeva saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha iki qadının içərisində, ümumilikdə 315 manat və bank kartı olan çantasını oğurlaması da müəyyən edilib.