Oğurluq üstündə ələ keçdi

15:49 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədidə oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayətləri törətdiyi də məlum olub.

Bu barədə hafta.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.

Bildirilir ki, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən su qızdırıcıları və su mühərriki oğurlaması da müəyyən edilib.