Ombudsman “Ana harayı” abidəsini ziyarət edib - FOTO

17:16 26.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə hafta.az-a Ombudsman Aparatından mnəlumat verilib.

Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.