Onun yarış bolidi satışa çıxarılacaq

09:47 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Formula-1"in yeddiqat dünya çempionu Mixael Şumaxerin yarış bolidi yanvarın sonunda "Sotheby's" hərracında 5.5 milyon avrodan başlayan qiymətlə satışa çıxarılacaq.

Hafta.az xəbər verir ki, Şumaxer "Ferrari F310B" sükanı arxasında 1997-ci ildə Belçika Qran-prisində eyniadlı komandanın tərkibində çıxış edib. Maşın "Spa-Frankoşam" trasında təsnifat yürüşləri zamanı istifadə olunub.

Lotun təsvirinə görə, avtomobil 1999-cu ildə bir qrup kolleksiyaçıya satılıb. O vaxtdan bəri maşın bir neçə dəfə istifadə olunub: ABŞ-dəki tədbirlərdə və 2019-cu ildə Böyük Britaniyada Şumaxerin 50 illiyi şərəfinə keçirilən "Goodwood Speed Festival"da sürülüb.

Bolid yanvarın 28-də hərraca çıxarılacaq. "Sotheby's" şirkəti onun 5.5 milyon avrodan 7.5 milyon avroya qədər məbləğə satılacağını gözləyir. /rmsothebys.com/