Ordubadın bəzi kəndlərində işıq olmayacaq

18:23 20.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 21-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən hafta.az-a bildirilib ki, bununla əlaqədar olaraq “Düylün” 35/10 kV-luq yarımstansiyasından qidalanan “Aza” 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədər sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azad, Dəyrə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10-dan 11-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.