Ötən gün 34 yanğın olub, 1 nəfər ölüb - FHN

12:34 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ölkə ərazisində 34 yanğın hadisəsi baş verib.

 

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış əməliyyatları həyata keçirilib:

 

"Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib".