Ötən il 116 adda dərslik məzmun və dizayn baxımından yenilənib

21:07 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələri üçün 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, 2019-cu il ərzində dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin birinci sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.