Pakistanda nəzarət-buraxılış məntəqəsində partlayış olub

18:51 06.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pakistanın cənub-qərbində, Kvetta şəhərində nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində bir əsgər həlak olub, 11 əsgər isə yaralanıb. Bu barədə yerli polisin məlumatlarına istinadən Associated Press məlumat yayıb.

Yerli polis sözçüsü Məhəmməd Xanın sözlərinə görə, insident bazar günü Musa Xan keçid məntəqəsində baş verib.

"Bəlucistanın cənub-qərbində Pakistan hərbçilərinin olduğu avtomobilin yaxınlığında baş verən partlayış nəticəsində bir əsgər həlak olub, əksəriyyəti mülki şəxslər olmaqla daha 13 nəfər yaralanıb", - agentlik bildirir.

"Tehreek-e-Taliban Pakistan" partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, hücumun kamikadze tərəfindən törədildiyini bildirib.

Oxunma sayı 76