Yazını böyüt
Yazını kiçilt
“Çin Pakistanla Əfqanıstan arasında artan münaqişədən dərin narahatlıq keçirir və hər iki tərəfi mümkün qədər tez atəşkəsə nail olmağa çağırır”.
Hafta.az yazır ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mətbuat konfransında Əfqanıstan-Pakistan sərhədindəki toqquşmalara münasibət bildirərkən deyib.
Sözçü Ukrayna böhranı ilə bağlı suala da cavab verib. Deyib ki, Çin sülhün özünəməxsus şəkildə təşviqində konstruktiv rol oynamağa davam edəcək və sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcək.
"Sülh danışıqları bir gecədə başa çata bilməz, amma dialoq davam edərsə, sülhə ümid var", - o deyib.