Paşinyan Anna ilə Azərbaycanla sərhəddən cəmi 40 metr məsafədəki məktəbə gəldi  

18:19 02.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə  Qazax rayonunun bu yaxınlarda Azərbaycana təhvil verilmiş Xeyrimli kəndi ilə həmsərhəd olan Kirants(Güney) kəndində yeni tikilən məktəbin qırmızı lentini kəsib.

Hafta.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

Daha əvvəl xəbər verilmişdi ki, baş nazirin səfəri ərəfəsində artıq məktəbin yaxınlığında qırmızı beretlər peyda olub.

Qeyd edilir ki, sərhəddən cəmi 40 metrə yaxın aralıda yerləşən yeni tikilən məktəb binası artıq istifadəyə hazırdır və hazırda ərazidə təmizlik işləri aparılır.

Maraqlıdır ki, Paşinyanın səfərinə saatlar qalmış mühafizəçilər ərazini yoxlamaq üçün bütün əməkdaşları və jurnalistləri məktəbdən çıxarıblar.

Kırants kəndində yeni tikilən 100 yerlik məktəbə bu il 34 şagird qəbul olunacaq ki, onlardan üçü birinci sinifdir. Keçən il məktəbdə 41 şagird var idi, sayı 7 nəfər azalıb. Çünki direktorun sözlərinə görə, buna səbəb həm də Azərbaycanla sərhədlərini demarkasiyası olub.

Erməni məktəblilərin birbaşa Azərbaycan sərhədçilərinin gözü qarşısında olmaması üçün ayırıcı divar tikilib.