Paşinyan Rusiyadan niyə kömək istəmədi? - Erməni general

23:33 20.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan yenidən Ermənistanın Qarabağdakı uğursuzluqlarından danışıb.

Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və "SU-30"un yararsız olması barədə əvvəlki açıqlamasına cavab olaraq deyib: "44 gün yalan danışdıqları üçün bu gün yalan danışırlar. Elədirsə, ilk sual: niyə uçmadılar? Bu 62 PUA vurulubsa, bunu necə hesabladılar və hava məkanı niyə qorunmadı? Onları dəqiq kim vurdu və bu PUA-lar haradadır?"

M.Akopyan qeyd edib ki, Baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-a qədər komək istəmədi: "Daha çox təfərrüatlar lazımdırsa, Baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm".