Paytaxt sakinindən bir kiloqramdan çox narkotik maddə götürülüb

20:06 11.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Şirinov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasamal rayonu ərazisində yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, axtarış zamanı ondan 10 qrama yaxın heroin və 5 qramadək metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə də baxış keçirilib. Avtomobildən əlavə olaraq 1 kiloqram 29 qram heroin, 375 qram metamfetamin və elektron tərəzi götürülüb.