Yazını böyüt
Yazını kiçilt
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində iki nəfərin onun içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, dərhal müvafiq araşdırmalar aparılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.