Yazını böyüt
Yazını kiçilt
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində zoomarketə gəlmiş iki nəfərin obyektin sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 min manatı götürüb hadisə yerini tərk etdikləri müəyyənləşib. H.Babayev xəstəxanaya yerləşdirilib.
Quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.