Peru polisi Türkiyəyə göndəriləcək 2,3 ton kokaini müsadirə edib

11:30 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Perunun təhlükəsizlik qüvvələri, təyinat yeri Türkiyə olan və keramik plitələr arasında gizlədilmiş 2,3 ton kokain ələ keçirdiklərini açıqlayıb.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, səlahiyyətlilər bazar ertəsi keçirilən mətbuat konfransında bildiriblər ki, basqın paytaxt Limanın yaxınlığında yerləşən ölkənin ən böyük limanı El Kallaoda baş verib.

El Kallao polisinin rəisi Luis Anxel Bolanos deyib ki, ilk dəfədir Peru limanlarında təyinat yeri Türliyə olan narkotik ələ keçirilib. Normalda Peru limanlarından yola salınan "məhsul" bir qayda olaraq Belçika, Hollandiya, İspaniya və Fransa limanlarına çatdırılır.

Mətbuat konfransında ən azı 20 milyon dollar dəyərində olduğu bildirilən kokain sərgilənib.

Bildirilib ki, kokain rezin örtüklərlə sarınaraq taxta qutulara qoyulub. Bu isə yeşikdə yüzlərlə keramik plitə görünüşü yaradır.

Peruda ötən il 28-i kokain hidroxlorid olmaqla 86,4 ton narkotik və qeyri-qanuni maddələr ələ keçirilib. BMT-nin məlumatına görə, Peru və onun qonşusu Kolumbiya dünyanın ən böyük kokain və koka yarpaqları istehsalçısıdır.

Oxunma sayı 226