Peyvənd olunanların sayı açıqlanıb

21:42 03.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 955 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 483, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 065, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 075, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 965 nəfər təşkil edir.