Pirşağıda “Susma, səsini eşitdir” adlı tədbir keçirilib - FOTO

12:32 17.03.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Mart ayının 16-da Sabunçu rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Susma, səsini eşitdir” adlı tədbir keçirilib. Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbdə keçirilən tədbir 4 qurumun birgə layihəsi əsasında ərsəyə gəlib.

Hafta.az xəbər verir ki, tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Təranə Piriyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin nümayəndəsi Lamiyə Zeynalova iştirak ediblər.

Tədbir 112, 113, 188 və 305 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanıb. Onlar qızların təhsildən yayındırılması, erkən nikaha məcbur edilməsi və məişət zorakılığına qarşı fikirləri əks etdirən səhnəciklər göstəriblər.

Sonda 113 nömrəli məktəbin təşkilatçılığı ilə çəkilmiş sosial video çarx nümayiş etdirilib.