Piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

15:13 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yanvarın 22-də saat 18 radələrində yolu keçən paytaxt sakini S.Hüseynov Bakı şəhər sakini A.Qəhrəmanovanın idarə etdiyi “KIA” markalı avtomobillə vurulub. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.