Prezident: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı”

16:29 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Keçən il Milli Qurtuluş Günündə, iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

 Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edib - YENİLƏNİB
“15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Və bu müttəfiqlik özünü hər yerdə göstərir: siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat projelərinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”, - Prezident İlham Əliyev qeyd edib.

Oxunma sayı 198