Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM

15:29 11.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.