Prezident qızlarını da təltif etdi - FOTO

17:38 24.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev qızları Leyla və Arzu Əliyevaları mükafatlandırıb.

Hafta.az xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunublar.

Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən L. Əliyeva “şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, A. Əliyeva isə “sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib” şərhini yazıb.

Qeyd edək ki, dövlət başçısı daha əvvəl nəvələri Mikayıl və Əli Ağalarovları da COP29-da iştiraklarına görə təltif edib.