Prezidentin çıxışı diaspor üzvləri üçün bir nizamnamədir - Aqşin Əliyev

16:28 22.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı bütün dünya azərbaycanlılarının diqqətini ölkəmizə yönəldib. Bu gün Azrbaycan Şuşadan dünyaya həmrəylik və sülh mesajlarını verməkdədir.

Zəfər Qurultayının iştirakçısı, Çin Sosial Elmlər Akademiyasının Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, professor Aqşin Əliyev hafta.az-a açıqlamasında Şuşadakı Zəfər Qurultayının işini çox yüksək səviyyədə qiymətləndirib. Çindən gələn qyrultay nümayəndəsi tədbirin çox yaxşı təşkil olunduğunu deyib. Qurultayın əhəmiyyətinə toxunan A. Əliyev ilk növbədə cənab Prezidentin çıxışına diqət çəkib.

“Prezident çıxışı zamanı hər bir diaspor üzvünün qarşısına yeni vəzifələr qoydu. Prezidentin bizim qarşımıza qoyduğu tapşırıqlar biz diaspor üzvləri üçün bir nizamnamədir. Növbəti illərdə onları bir-bir həyata keçirməyə nail olmalıyıq. Elə etməliyik ki, artıq VI qurultaya daha böyük nəticələrlə qatıla bilək”.

Qurultayda 65 ölkədən 400-ə yaxın diaspor üzvünün iştirakını yüksək dəyərləndirən A.Əliyev hesab edir ki, bu, dünya azərbaycanlıları üçün çox gözəl şəbəkələşmə imkanı yaradır.

“Mən demək olar ki, bütün diaspor tədbirlərində iştirak edirəm, amma bu, miqyasına görə iştirak etdiyim ən böyük diaspor tədbiridir. Burada müxtəlif ölkələrdən həmvətənlərimizlə tanış oldum və bir-birimizlə təcrübələrimizi bölüşdük. Düşünürəm ki, bu gələcəkdə  şəbəkələşmə üçün geniş imkanlar yaradacaq”.

A.Əliyev bildirib kİ, Qurultayın digər əhəmiyyətli tərəfi onun simvolik karakter daşımasıdır.

“İlk dəfə olaraq işğaldan azad olunmuş ərazimizdə xüsusilə Mədəniyyət xəzinəmizin incisi olan Şuşa şəhərində təşkil olunması əlahiddə xarakter daşıyır. Diasporla İş üzrə Komitənin xətti ilə ötən il Şuşaya bir dəfə səfər etmişəm. Bu ikinci səfərdir. İstərdim ki, belə səfərlər yüzlərlə olsun. Elə bir imkan yaransın ki, mən bu şəhərə tez-tez gəlim. İnsan Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına və digər işğaldan azad olunmuş şəhərlərə gəldikcə,  vətənpərvərlik hissi  1-ə 100 artır. Ola bilsin ki, bunu sözlə ifadə etmək çətindir. Hələlik ki, qrultay davam edir. Düşümürəm ki, aprelin 23-də Qurultaydan ayrılanda daha böyük təəssüratlar, daha böyük planlarla, gələcək layihələrlə tərk edəcəyik”.