Ukraynada beynəlxalq cinayətkar təşkilat kimi tanınan “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Ukrayna prezidenti Vladimir Zelenskini “səmada görüşə” dəvət edib.
Hafta.az “GORDON”a istinadla xəbər verir ki, Rusiyalı iş adamının video-müraciəti fevralın 6-da “Vaqner” ÖHŞ-nin təsisçisinin fəaliyyətini əks etdirən “Priqojinin papağı” telegram- kanalında dərc olunub.
Videoda Vaqner ÖHŞ-nə məxsus "Su-24" bombardmançısının (mətbuat xidmətinin məlumatına görə) kabinəsində şturman yerində oturan Priqojin iddia edir ki, o, döyüş uçuşundan sonra Baxmuta "bomba ataraq" eniş edib.
"Vladimir Aleksandroviç, sabah mən "MiQ-29"-a minəcəm (bu qırıcının ekipajı "Su-24" kimi pilot və şturmandan yox, yalnız bir pilotdan ibarətdir. -" GORDON "). İstəsəniz, görüşərik səmada... Səninki gətirsə, götür Artyomovski (Baxmutun adının dəyişdirilməsindən əvvəl sovet adı - "QORDON"). Əks halda Dneprə qədər gedərik", - deyə Priqojin bildirib.