PSJ Qitələrarası Kubokun qalibidir

23:59 17.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA-nın Qitələrarası Kubokunun qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, finalda Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıblar.

Qətərin paytaxtı Doha şəhərində reallaşan görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesabı ilə qalib gələn Avropa təmsilçisi kubokun sahibi olub.