Putin Ukraynanın işğalını BELƏ "ƏSASLANDIRDI"

18:10 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Xüsusi əməliyyatın məqsədi insanları və ölkəmizi Rusiya Federasiyasına bitişik “tarixi Rusiya ərazilərində” “yaradılmağa çalışılan” təhdidlərdən qorumaqdır, Rusiya prezidenti Vladimir Putin Vorobyovı Qorı elmi məktəbində tələbələrlə söhbəti zamanı deyib. Görüş “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.

“Məqsəd, dəfələrlə dediyim kimi, ilk növbədə insanları, hər şeydən əvvəl Rusiyanı bizə bitişik öz tarixi ərazilərimizdə yaratmağa çalışdıqları təhlükələrdən qorumaqdır”, - Rusiya lideri tələbələrlə söhbəti zamanı “biz buna icazə verə bilmərik” deyə qeyd edib.