Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.
Hafta.az xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla qarşılaşıb.
Oyun millimizin məğlubiyyəti ilə yekunlaşıb - 26:28.
Yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstana qarşı keçirəcək.